Ukraynada prezidentliyə ilk rəsmi namizəd bəlli oldu
Qeyd edək ki, bu gündən etibarən həm Ukraynada prezidentliyə namizədlərin seçki kampaniyasına, həm də namizədlərin rəsmi qeydiyyatına start verilib. Seçki kampaniyası 90 gün müddətinə, namizədlərin qeydiyyatdan keçmə prosesi isə fevralın 3-dək aparılacaq.
Sosial sorğuların nəticəsinə görə, Ukraynada prezidentliyə namizədlərin reytinqinə son bir neçə aydır ki, “Batkivşina” partiyasının sədri, prezidentliyə namizəd olacağını deyən Yuliya Timoşenko liderlik edir. Şoumen Vladimir Zelenski də favoritlər sırasındadır. Hazırkı prezident Pyotr Poroşenko isə ikinci dəfə prezident seçilmək üçün namizədliyini irəli sürəcəyini hələlik rəsmən bəyan etməyib. Ekspertlərin fikrincə, Poroşenkonun getdikcə azalan reytinqi onun hətta ikinci tura keçməsini şübhə altına qoyur.
Leyla Elbrusqızı
Azvision.az