Putin partlayış olan şəhərə getdi

 Putin partlayış olan şəhərə getdi
  31 Dekabr 2018    Oxunub:4995
Rusiya Prezidenti Vladimir Putin Maqnitoqorska gedib.
Azvision.az xəbər verir ki, Putin hadisə yerində yaradılan qərargaha baş çəkib və xilasetmə işləri ilə bağlı tapşırıqlar verib.

Bundan başqa vilayətdə matəm elan olunacağı gözlənilir. Binanın digər hissələrinin də dağılma ehtimalı var. Güclü şaxta xilasetmə işlərini çətinləşdirir.

Qeyd edək ki, Rusiyani Çelyabinsk vilayətinin Maqnitoqorsk şəhərində onmərtəbəli yaşayış binasında qaz sızmasından baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb. Binanın partlayış nəticəsində çökmüş girişindəki mənzillərdə 120 sakin qeydiyyatdadır, onlardan 35 nəfərin taleyi naməlumdur. Vilayətdə fövqəladə vəziyyət elan olunub. Hadisə ilə bağlı cinayət işi açılıb.

Azvision.az


Teqlər: Putin   Rusiya  





Xəbər lenti