Erməni zabit narkotik satarkən tutuldu

 Erməni zabit narkotik satarkən tutuldu
  01 Yanvar 2019    Oxunub:3581
Azərbaycanın işğal edilmiş ərazilərində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində hərbi qulluqçuların narkotik qəbul etdiyi məlum olub.
Tank əleyhinə taborun taqım komandiri Abraham Maroxyan narkotik maddəni başqa bir zabitə satarkən yaxalanıb. Araşdırma zamanı məlum olub ki, A.Maroxyan özü də uzun müddətdir narkotik maddə aludəçisidir.

Faktla bağlı cinayət işi açılıb və zabitin tərxis olunması barədə vəsatət qaldırılıb.(AzərTAc)

Azvision.az


Teqlər: Narkotik   Erməni   Hərbçi  





Xəbər lenti