Ərdoğan ilin "ən görkəmli dünya lideri" seçildi

Ərdoğan ilin "ən görkəmli dünya lideri" seçildi
  01 Yanvar 2019    Oxunub:6504
Ərəb dünyasında nüfuzlu media qrup olan “Rassdnews”un 300 min insan arasında keçirdiyi səsverməyə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 77% səslə 2018-ci ilin “ən görkəmli dünya lideri” tituluna layiq görülüb.
Azvision.az xəbər verir ki, “2018-ci ildə dünyanın ən görkəmli şəxsiyyətləri” adlı səsvermənin nəticələrinə uyğun olaraq, Misirin dövlət çevrilişi yolu ilə vəzifəsindən kənarlaşdırılan sabiq prezidenti Məhəmməd Mursi isə 52% səslə Ərdoğandan sonra ikinci yerdə qərarlaşıb.

Həmçinin, səsvermədə ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin də adları çəkilib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın qatı tənqidçisi olan müxalif jurnalist Camal Kaşoqinin Səudiyyənin İstanbuldakı Baş Konsulluğunda qətlə yetirilməsi isə 2018-ci ilin ən diqqətçəkən və yaddaqalan hadisəsi seçilib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   Türkiyə   ABŞ  





Xəbər lenti