Kim Çen In Trampa xəbərdarlıq etdi

Kim Çen In Trampa xəbərdarlıq etdi
  01 Yanvar 2019    Oxunub:4171
Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, Koreya yarımadasının nüvəsizləşdiirlməsi naminə amerikalı həmkarı Donald Trampla istənilən vaxt yenidən görüşərək danışıqlar aparmağa hazırdır. Lakin əgər Vaşinqton özünün sanksiya və təzyiqlər siyasətindən əl çəkməsə, Pxenyan alternativ yol seçməyə məcbur olacaq.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Kim Çen In dövlət televiziyası vasitəsilə xalqa yeni il təbrikində ABŞ-a xəbərdarlıq edib.

Onun sözlərinə görə, nüvəzisləşdirmə məsələsində niyyəti ciddidir və ilk dəfədir ki, Şimali Koreya daha nüvə silahları istehsal etməyəcək. Amma bunun qarşılığında durğun diplomatik prosesin sürətlənməsi üçün Vaşinqton da müvafiq addımlar atmalıdır. Bu sıraya, Cənubi Koreya ilə birgə hərbi təlimlərə son qoymaq da daxildir.

“Əgər ABŞ bizə qarşı nəyisə birtərəfli qaydada sırımağa çalışarsa və sanksiyalar və təzyiqlər siyasətinə sadiq qalarsa, öz suverenliyini qorumaq naminə Şimali Koreya yeni yollar axtarmaq məcburiyyətində olacaq. Cənubla Şimali Koreyanın sülh və çiçəkələnmə yolunu seçdikləri bir vaxtda, biz tələb edirik ki, xarici qüvvələrlə birgə hərbi təlimlərin keçirilməsinə daha icazə verilməməlidir və xarici strateji aktivlər kimi müharibə avadanlıqlarının Koreya yarımadasında yerləşdirilməsi tamamilə dayandırılmalıdır” – Kim Çen In vurğulayıb.

Şimali Koreya liderinin bu xəbərdarlığına Ağ Ev və ABŞ Dövlət Departamentindən hələlik reaksiya verilməyib. Rəsmi Seul isə Pxenyanın bu qətiyyətini ABŞ və Cənubi Koreya ilə münasibətləri irəlilətmək istəyi kimi dəyərləndirərək, Çen Inın nitqini müsbət qarşılayıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Koreya   ABŞ  





Xəbər lenti