İki nüvə ölkəsi arasında informasiya mübadiləsi

İki nüvə ölkəsi arasında informasiya mübadiləsi
  01 Yanvar 2019    Oxunub:3772
1988-ci il müqaviləsinə uyğun olaraq, bu gün Hindistan və Pakistan öz ərazilərində yerləşdirilən nüvə obyektləri siyahısının qarşılıqlı mübadiləsini həyata keçiriblər.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Hindistan və Pakistan aralarında imzalanmış “Nüvə obyektlərinə hücumun qadağan edilməsi haqqında” müqaviləyə uyğun olaraq, bu gün Nyu-Deli və İslamabaddakı diplomatik kanallar vasitəsilə eyni vaxtda nüvə obyektləri və qurğularının siyahısının qarşılıqlı mübadiləsini həyata keçiriblər” – bəyanatda bildirilib.

Bu, tərəflər arasında nüvə obyektləri ilə bağlı məlumatların sayca 28-ci mübadiləsidir. İlk qarşılıqlı siyahı mübadiləsi 1992-ci ilin 1 yanvarında gerçəkləşib.

Hindistan və Pakistan arasında 1988-ci ilin 31 dekabrında imzalanan və 1991-ci ilin 27 yanvarında qüvvəyə minən “Nüvə obyektlərinə hücumun qadağan edilməsi haqqında” müqaviləyə uyğun olaraq, bir-birinə qarşı qəfil hücumlar zamanı nüvə faciəsinə səbəb olmamaq üçün, tərəflər hər il ərazilərindəki nüvə obyektlərinin yerləşdiyi məkanlar barədə bir-birinə məlumat vermək barədə öhdəlik götürüblər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Pakistan   Hindistan   Nüvə  





Xəbər lenti