Ötən il Yəməndə 10 jurnalist öldürülüb

Ötən il Yəməndə 10 jurnalist öldürülüb
  02 Yanvar 2019    Oxunub:3082
Ötən il Yəməndə öldürülən jurnalistlərin sayı açıqlanıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qətlə yetirilən 10 KİV nümayəndəsi arasında müxbir və operatorlar da var.

Yəmənin Jurnalistlər Birliyinin yaydığı hesabata görə, media mənsublarının 5-i koalisiya qüvvələri, 3-ü husilər, 2-i isə naməlum silahlı qüvvələr tərəfindən qətlə yetirilib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Yəmən   Jurnalist  





Xəbər lenti