Maqnitoqorskda ölənlərin sayı 11-ə çatıb

Maqnitoqorskda ölənlərin sayı 11-ə çatıb
  02 Yanvar 2019    Oxunub:4285
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Bu barədə Azvision.az "TASS"-a istinadən xəbər verir.

Məlumatda bildirilir ki, dağıntılar altında 30 nəfər qalıb və onların sağ qalıb-qalmaması bəlli deyil. Hazırda hadisə yerində 900 xilasedici və 220-yə yaxın texnika fəaliyyət göstərir.

Qeyd edək ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Maqnitoqorsk   Partlayış  





Xəbər lenti