“TANAP və STAR önəmli layihələrdir”- Fatih Dönməz

   “TANAP və STAR önəmli layihələrdir”-  Fatih Dönməz
  02 Yanvar 2019    Oxunub:4155
"Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və STAR Neft Emalı Zavodu layihələri əhəmiyyətli layihələrdir".
Bunu bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bildirib. Nazir xatırladıb ki, TANAP-la Azərbaycandan ildə 16 mlrd. kubmetr qaz nəql ediləcək, bu həcmin bir hissəsi Avropaya çatdırılacaq, Türkiyəyə qaz verilən hissə iyun ayında istifadəyə verilib.

Nazir oktyabr ayında istismara verilən STAR zavodundan da danışaraq bildirib ki, bu zavod Türkiyədəki 4-5 neft emalı zavodundan biridir.

Bundan başqa, o, Rusiyadan qaz nəqlini nəzərdə tutan “Türk axını” layihəsindən də danışaraq qeyd edib ki, bu ilin sonuna boru kəməri istifadəyə veriləcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin əsas seqmentlərindən biri olan, ümumi uzunluğu 1850 km təşkil edən TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir. Boru kəmərinin Faza-0 adlandırılan Gürcüstan-Türkiyə sərhəddi - Eskişəhər hissəsinin açılış mərasimi bu il iyunun 12-də keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Kəmərin ilkin illik ötürücülük gücü 16 mlrd. kubmetr təşkil edir. Bu həcmin 6 mlrd. kubmetri Türkiyədə istifadə olunacaq, 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək.

STAR zavodu ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür.

Zavodda ildə 1,6 mln. ton nafta, 5 mln. ton dizel, 1,6 mln. ton təyyarə yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 400 min ton qarışıq ksilol, 160 min ton kükürd, 500 min ton reformat istehsal olunacaq. (Report)

Azvision.az


Teqlər: TANAP   STAR  





Xəbər lenti