Azərbaycanda hemofiliyalı xəstələrin sayı açıqlanıb
Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov Azvision.az -a bildirib ki, Azərbaycanda talassemiyalı xəstə uşaqların doğulmasının qarşısının alınması istiqamətində konkret addımlar atılır.
Şöbə müdiri qeyd edib ki, son illər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi artıq həllini tapıb. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 44 mərkəzdə 3600-dən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə ödənişsiz təmin olunurlar: "İndi Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 900-dən çox insan var və dövlət onların dərman preparatları ilə təminatını öz üzərinə götürüb".
Azvision.az