Rusiyadakı partlayışda ölü sayı 31-ə çatıb - (Yenilənib)

Rusiyadakı partlayışda ölü sayı 31-ə çatıb -  (Yenilənib)
  03 Yanvar 2019    Oxunub:12102
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

***
Rusiyanın Maqnitoqorsk şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, xilasedicilər daha iki nəfərin meyitini dağıntılar altından çıxarıblar.

***
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dağıntılar altından 22 nəfərin meyiti çıxarılıb. Hazırda 19 nəfərin axtarışları davam etdirilir.

***
Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 20-yə çatıb.

Azvision.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Binanın dağıntıları arasında hələ də 20-dən çox insanın qaldığı deyilir.

Qeyd edək ki, dekabrın 31-də yerli vaxtla saat 04 radələrində Maqnitoqorsk şəhərində 48 mənzilli onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində partlayış baş verib. Nəticədə 120 nəfərin yaşadığı bina çöküb. Hadisə yerinə Rusiyanın Prezidenti Vladimir Putin baş çəkib.

Azvision.az



Teqlər: Rusiya   Bina   Partlayış  





Xəbər lenti