ABŞ Suriyadakı qoşunlarını İraq Kürdüstanına yerləşdirir
“Suriyadan çəkiləcək ABŞ qoşunları İraq mərkəzi hökumətinin nəzarətindəki ərazilərə deyil, Ərbilə gətiriləcək. Bəlkə də daha sonra Ərbildən ABŞ-a və ya başqa bölgələrə qayıdacaqlar. ABŞ hərbçilərinin Suriyadan Ərbil üzərindən çəkilməsi İraqın suverenliyinin pozulması anlamına gəlmir və həmin əsgərlər İraqda daimi əsasda qalmayacaqlar”, - deyə general-mayor bildirib.
Qeyd edək ki, Tramp qoşunların Suriyadan çıxarılacağını bəyan etsə də, ABŞ hərbçilərinin Ərəb Respublikasından necə çəkiləcəklərinə dair indiyədək Pentaqonun açıqladığı hansısa konkret yol xəritəsi yoxdur.
Leyla Elbrusqızı
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


