Vitse spikerdən Rusiyaya xəbərdarlıq

Vitse spikerdən Rusiyaya xəbərdarlıq
  07 Noyabr 2013    Oxunub:876
“Rusiyada baş verən hadisələr hansısa millətçi qüvvələrin oyunlarıdır”.
AzVision.az apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında bildirib.

Z.Əsgərov bu məsələlərin Kremldən yönləndirilməsi ilə bağlı səsləndirilən fikirlərlə qətiyyən razı olmadığını deyib:

“Rusiya çoxmillətli dövlət olduğu üçün mən bu fikirlərlə qətiyyən razı ola bilmərəm. Əgər bu siyasət belə davam etsə, Rusiyanı çox böyük təlatümlər gözləyə bilər. Rusiyada qeyri-ruslara qarşı bu cür ağlasığmaz işgəncələrin verilməsi, onların döyülməsi, öldürülməsi, təhqir olunması bir qrup millətçi qüvvələrin işləridir. Hesab edirəm ki, buna da bir əncam çəkilər”.


Teqlər:  





Xəbər lenti