Ankarada kritik FETÖ danışıqları

   Ankarada kritik FETÖ danışıqları
  03 Yanvar 2019    Oxunub:3178
ABŞ nümayəndələrindən ibarət heyət FETÖ ilə bağlı Türkiyənin Vaşinqtona təqdim etdiyi yeni dəlillərlə əlaqədar irəliləyişləri müzakirə etmək üçün bu gün və sabah Ankarada görüşlər keçirəcək.
Azvision.az “Haberturk”ə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər, Daxili və Ədliyyə Nazirliyi rəsmilərinin iştirak edəcəyi görüşdə FETÖ lideri, ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fətullah Gülənin və onun yaxın ətrafının Türkiyədəki dövlət çevrilişində rollarının üzə çıxarılması və ABŞ tərəfinin hərəkətə keçməsini təmin etmək baxımından böyük önəm daşıyır.

Müzakirələrdə Vaşinqton Ankaranın təqdim etdiyi dəlillərlə bağlı qiymətləndirməsini bildirəcək, ABŞ-ın 18 əyalətində FETÖ ilə bağlı qurum və şəxslərin viza rejiminin pozulması yolu ilə çirkli pulların yuyulması kimi mütəşəkkil cinayətlərinə dair daha əvvəl başlatdığı ilkin istintaqın gedişindəki son vəziyyət barədə məlumat veriləcək.

Qeyd edək ki, bundan əvvəl Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FBI) FETÖ ilə bağlı araşdırmasını ciddiyə aldığını, onların bu məsələyə bir qədər şübhəli yanaşmasına rəğmən bəzi nəticələr əldə olunduğunu bildirmişdi.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   FETÖ   ABŞ  





Xəbər lenti