Tramp təkzib etdi: Suriyadan 4 aya çıxmayacağıq

   Tramp təkzib etdi:    Suriyadan 4 aya çıxmayacağıq
  03 Yanvar 2019    Oxunub:2327
ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyanı 4 ay müddətində tərk edəcəklərini deməsilə bağlı yayılan xəbərləri təkzib edib.
Azvision.az xəbər verir ki, bu barədə tramp Ağ Evdə keçirdiyi hökumət iclasında deyib.
Onun sözlərinə görə, Suriyadan çəkilmənin konkret müddəti barədə Pentaqona heç bir təlimat verməyib.

“Suriyadan çəkilməyimiz mövzusunda “yavaş və ya sürətli olsun” deyə bir şey söyləməmişəm. Bəziləri 4 ay dediyimi bildirir, amma bunu da deməmişəm. Suriyadan müəyyən bir zaman müddətində çəkiləcəyik” – Tramp vurğulayıb.

Qeyd edək ki, “The New York Times” qəzeti Trampın ABŞ qoşunlarının Suriya ərazisindən tam çıxarılması prosesi üçün 4 ay vaxt verməyə razılaşdığını yazmışdı.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Pentaqon   ABŞ  





Xəbər lenti