Gürcüstanda 6 nəfər “donuz qripi”ndən ölüb

   Gürcüstanda 6 nəfər “donuz qripi”ndən ölüb
  03 Yanvar 2019    Oxunub:3730
Son bir ay ərzində Gürcüstanda 6 nəfər “donuz qripi”ndən (H1N1 virusu) dünyasını dəyişib.

Azvision.az xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bəyan edib.
“Hazırda laborator yoxlamalar nəticəsində Gürcüstanda “donuz qripi”nə 144 yoluxma halı qeydə alınıb. Virusa yoluxanlardan 6-sı dünyasını dəyişib” – Qamkrelidze bildirib.

Onun sözlərinə görə, Gürcüstanda xəstəliyə yoluxma dinamikası azdır, lakin ötən illə müqayisədə xəstəliyin kəskinləşməsi hallarına artıq daha çox rast gəlinir.

“Əhalinin 100 min nəfərindən 227-sində qrip virusu qeydə alınıb ki, bu göstəricilər norma çərçivəsindədir. Biz epidemiyanın pik səviyyəsindən uzaqdayıq. Epidemioloji sərhəd 500 nəfərdir”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Gürcüstan   “donuzqripi”  





Xəbər lenti