Britaniyadan Əsədin taleyi barədə açıqlama

 Britaniyadan Əsədin taleyi barədə açıqlama
  03 Yanvar 2019    Oxunub:3361
Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant bəyan edib ki, Suriya prezidenti Bəşər Əsəd hələ bir müddət də hakimiyyətdə qala bilər.
Azvision.az xəbər verir ki, bu barədə Hant “Sky News”a müsahibəsində deyib. Onun sözlərinə görə, Əsədin Suriyada hakimiyyətdə qalmasının qarantı Rusiyadır.

“Bəşər Əsəd Rusiyanın dəstəyinə təşəkkür edərək, çox təəssüf ki, Suriyada bir müddət də vəzifədə qala bilər. Britaniyanın uzunmüdətli mövqeyi ondan ibarət idi ki, Suriyada Əsəd rejiminin mövcudluğu müddətində davamlı sülhə nail olmaq mümkün olmayacaq. Amma çox təəssüf ki, onun hələ bir müddət də hakimiyyətdə olacağını düşünürük” – britaniyalı nazir vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Britaniya   Rusiya  





Xəbər lenti