Ayın digər üzünün yaxından ilk fotosu çəkildi - VİDEO

 Ayın digər üzünün yaxından ilk fotosu çəkildi -    VİDEO
  03 Yanvar 2019    Oxunub:10294
Ötən ilin 8 dekabrında kosmosa buraxılan və bu gün Ay səthinə uğurlu eniş edən Çinin “Çanqe-4” kosmik aparatı tarixdə ilk dəfə Ayın Yer kürəsindən görünməyən arxa tərəfinin yaxından fotolarını çəkib.
Azvision.az “CGTN”ə istinadən xəbər verir ki, “Çanqe-4” Yerin peykinin o biri tərəfinə yumşaq eniş edən və oranın yaxın məsafədən fotolarını çəkən ilk kosmik aparatdır.

Qeyd olunur ki, “Çanqe-4” Ayın səthində bir sıra geoloji eksperimentlər və canlı orqanizmlərin aşağı qravitasiya şəraitində böyümə imkanları üzrə təcrübə aparacaq.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Yer   Ay   Çin  





Xəbər lenti