İstanbulda gəmi yandı - VİDEO

   İstanbulda gəmi yandı -    VİDEO
  04 Yanvar 2019    Oxunub:2146
İstanbulun Pendik rayonu sahilində Toqo bayrağı altında üzən “Mark Lome” adlı yük gəmisində güclü yanğın baş verib.
AzVision.az xəbər verir ki, gəmidə olan 15 nəfər yaxınlıqdakı gəmiçilərin və sahil mühafizəsi əməkdaşlarının köməyi ilə təxliyə olunub. Hazırda yanğın lokallaşdırılıb. Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil.



Kənan Məmmədov
AzVision.az



Teqlər: İstanbul   Gəmi   Yanğın  



Xəbər lenti