Ermənistanın 80-ə yaxın əsgəri hospitala yerləşdirilib

  Ermənistanın 80-ə yaxın əsgəri hospitala yerləşdirilib
  04 Yanvar 2019    Oxunub:2042
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən düşmən ordusunun bölmələrində qışın gəlməsi ilə əlaqədar xəstələrin sayı kəskin surətdə artıb.
Azvision.az xəbər verir ki, Ermənistan KİV-lərində yayılan məlumatlara əsasən, qar yağması və soyuqların düşməsi aclıqdan, şəraitsizlikdən əziyyət çəkən hərbçilər üçün ciddi bəlaya çevrilib.

Son bir neçə gündə soyuqdəymə və yüksək hərarət diaqnozu ilə 79 hərbi qulluqçu Ağdərə hərbi hospitalına yerləşdirilib. Komandirlər və tibb xidməti rəisləri xəstəliklərin yayılmasının qarşısını almağa çalışsalar da, dərman preparatlarının və tibbi ləvazimatların çatışmaması səbəbindən profilaktik tədbirlər görmək mümkün olmur.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Ermənistan   Hospotal   Əsgər  





Xəbər lenti