Qazaxıstanda erməni vəhşiliyi: Üç nəfər tutuldu, türklər etiraz edir - VİDEO
Azvision.az xəbər verir ki, Karakandi polis idarəsi qətli törətməkdə şübhəli bilinən şəxslərin şəkillərini və şəxsi məlumatlarını yayıb, barələrində axtarış elan olunub.
Həmçinin, Karakandi Polis İdarəsinin əməkdaşı Gururian Narek iş üzrə axtarışa verilib. Hələlik onu tapmaq mümkün olmayıb. 1997-ci il təvəllüdlü polisin yerini bilən vətəndaşlardan "102" nömrəsinə xəbər vermələri xahiş olunub.
Qətldən sonra Ermənistanın Qazaxıstandakı səfirliyi təşvişə düşərək təcili bəyanat yayıb: "Faciəli hadisədən dərindən təəssüf hissi keçiririk. Öldürülən şəxsin yaxınlarına başsağlığı veririk. Əminik ki, istintaq hadisənin bütün hallarını araşdıracaq. Günahkarlar qanun qarşısında cəzalandırılacaqlar".
Səfirlik KİV-ləri 23 yaşlı gəncin ölümünün etnik zəmində baş vermədiyinə inandırımağa çalışıb. Hadisə şahidləri isə bunun tam əksini deyirlər. Məlum hadisə Qazaxıstanda etirazla qarşılanıb. Cinayətkar ermənilərə ən ağır cəzanın verilməsi tələb olunur.
Qətl hadisəsi Yeni il şənliyi zamanı baş verib. Belə ki, restoranda başlayan dava zamanı 23 yaşlı yerli sakin 3 erməni tərəfindən bıçaqlanaraq öldürülüb.
Hadisədən sonra qazaxıstanlı gənclər videomüraciət yayaraq yerli sakinin türk olduğuna görə qətlə yetirildiyini bildiriblər. Gənclər türk millətini birliyə çağırıblar. Qeyd ediblər ki, ermənilər türklərə düşmən gözü ilə baxır, bu səbəbdən hayların cavabı mütləq veriləcək, qatillər cəzasız qalmayacaq.
Bəxtiyar Məmmədov
Azvision.az
Teqlər: Qazaxıstan Qətl Erməni