Qazaxlar ermənilərə qarşı etiraza qalxdı, yollar bağlandı - VİDEO
"Youtube" sosial şəbəkəsində paylaşılan videolarda yerli sakinlərin ermənilərə məxsus kafe və restoranları bağladığı görünür. Hazırda vilayətdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Başqa bir videoda hadisədə iştirakçı olduqları deyilən şəxslərin gizləndiyi evdə tutulma anı əks olunub.
Qeyd edək ki, Qazaxıstanın Karakanda vilayətində restoranlardan birində Yeni il bayramını qeyd edən 23 yaşlı gənc qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxslərin hər üçü erməni əsillidir. Qatillər əməliyyat zamanı tutularaq istintaqa təhvil verilib. Bu olay ölkə üzdə geniş rezonans doğurub.
Bəxtiyar Məmmədov
Azvision.az
Teqlər: Qazaxıstan