Parlamentdə ilin ilk iclası fevralın 1-də keçiriləcək

Parlamentdə ilin ilk iclası fevralın 1-də keçiriləcək
  04 Yanvar 2019    Oxunub:1520
Milli Məclisin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.
Azvision.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Qeyd edək ki, deputatlar yanvar ayının 1-dən tətilə çıxıblar, tətil ayın 15-də bitəcək. Həmin tarixdən etibarən isə parlament komitələrinin iclasları başlayır.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Plenar  





Xəbər lenti