Putin Netanyahu ilə Suriya məsələsini müzakirə edib

Putin Netanyahu ilə Suriya məsələsini müzakirə edib
  05 Yanvar 2019    Oxunub:2090
Rusiya prezidenti Vladimir Putinlə İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə liderləri ABŞ-ın qoşunlarını Suriyadan çıxarmasına dair qərarını, oradakı mövcud vəziyyəti müzakirə ediblər.

Həmçinin, Netanyahu Maqnitoqorsk şəhərində baş vermiş partlayışla əlaqədar Putinə başsağlığı verib.

Azvision.az



Teqlər: Suriya   Putin   Netanyahu  





Xəbər lenti