Auksionda tuna balığı 3,1 milyon dollara satıldı

 Auksionda tuna balığı 3,1 milyon dollara satıldı
  05 Yanvar 2019    Oxunub:2930
Yaponiyanın paytaxtı Tokioda dəniz məhsullarının satışı üzrə keçirilən ilin ilk ticarət auksionlarından birində 278 kiloqram çəkisi olan tuna balığı rekord qiymətə - 333,6 milyon yenə (təqribən 3,1 milyon dollar) satılıb.
Azvision.az xəbər verir ki, bu barədə “Susi Dzammay” suşi restoranlar şəbəkəsi tvitterdə məlumat yayıb.

“Toyusu bazarındakı ilk tuna ticarəti! Biz özümüz də qiymətə təəccübləndik – 333,6 milyon yen! Və çox şadıq ki, ən yaxşı tuna balığını ala bildik. Müştərilərimizin hər birinə balıqdan yalnız bir porsiya düşəcək!” - restoranlar şəbəkəsi bəyan edib.

Qeyd edək ki, Yaponiyada yeni ilin ilk tuna balığı auksionları olduqca böyük diqqət cəlb edir. Çünki bu auksionlar qeyri-rəsmi formada ölkə iqtisadiyyatının vəziyyəti və illik proqnozlar üçün göstərici sayılır: ən böyük tuna balığının qiyməti nə qədər yüksək olarsa, yeni ilin də Yaponiya iqtisadiyyatı üçün bir o qədər uğurlu olacağı hesab edilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Yaponiya  





Xəbər lenti