Pentaqon ABŞ-ın Suriyadan çıxmasına dair zəmanət verdi

 Pentaqon ABŞ-ın Suriyadan çıxmasına dair zəmanət verdi
  05 Yanvar 2019    Oxunub:1694
ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması üzrə heç bir konkret vaxt cədvəli yoxdur. Buna rəğmən, Vaşinqton Suriyada əbədi qalmaq fikrində deyil.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən yüksək vəzifəli rəsmisi deyib. Bildirib ki, bu bəyanat İŞİD tam məhv edilməyənədək Suriyadan çıxmayacaqları ilə bağlı ABŞ-ın regiondakı müttəfiqlərinə verilən dəstək siqnalıdır.

“Hərbi qüvvələrimizi Suriyadan çıxarmaq üçün vaxt cədvəlimiz yoxdur. Biz qoşunlarımızı Suriyadan elə formada çəkəcəyik ki, bu müddət ərzində biz və tərəfdaşlarımız İŞİD-ə təzyiqləri saxlaya bilək və terrorçular üçün heç bir boşluq açmayaq. ABŞ Suriyadakı hərbi iştirakını əbədi saxlamaq niyyətində deyil” , - deyə ABŞ rəsmisi bəyan edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın qoşunların Suriya ərazisindən tam çıxarılması prosesi üçün 4 ay vaxt verməyə razılaşdığı barədə xarici KİV-lərdə xəbərlər yayılmışdı. Lakin Tramp özü həmin məlumatları təkzib edərək, qeyri-müəyyən müddətə Suriyadan çəkiləcəklərini və kürdlərə dəstəyi davam etdirəcəklərini deyib. Suriyadan çəkilmək planını müzakirə etmək üçün bu gündən etibarən İsrail və daha sonra Türkiyəyə səfərində Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonu müşayiət edəcək Ağ Ev rəsmisi isə “Reuters”ə bildirib ki, Tramp Suriyadakı ABŞ missiyasının bir neçə həftə ərzində tamamlana biləcəyinə dair Pentaqondan zəmanət alıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   Pentaqon   ABŞ  





Xəbər lenti