Qəzalarda ölüm halları 30 faiz azalacaq

Qəzalarda ölüm halları 30 faiz azalacaq
  06 Yanvar 2019    Oxunub:2651
Azərbaycanda 2023-cü ilin sonunadək yol qəzaları nəticəsində ölüm hallarının 30 faiz azaldılması proqnozlaşdırılır.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda bildirilib.

Qeyd olunub ki, müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində 2013–2017-ci illərlə müqayisədə 2023-cü ilin sonunadək yol-nəqliyyat hadisələrində ölüm sayının, sağlamlığına ağır və ya az ağır zərər vurulan şəxslərin sayının və yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz azaldılması, həmçinin yol-nəqliyyat hadisələrində uşaq ölümü hallarının 50 faiz azaldılması nəzərdə tutulub.

Azvision.az



Teqlər: Qəza  





Xəbər lenti