Qazaxıstanda yüzlərlə insan ermənilərə etiraz etdi - VİDEO

  06 Yanvar 2019    Oxunub : 9883
 Qazaxıstanda yüzlərlə insan ermənilərə etiraz etdi - VİDEO
Qazaxıstanda yerli sakinlər 23 yaşlı gəncin ermənilər tərəfindən öldürülməsinə etiraz olaraq aksiya keçiriblər.
Azvision.az xəbər verir ki, Karakandada toplaşan yüzlərlə insan erməni vəhşiliyinə etirazını bildirib.

Aksiya iştirakçıları qətl hadisəsinə görə, erməni diasporunu ittiham ediblər. Əraziyə polis əməkdaşları cəlb olunub, şəhərin əsas küçələri xüsusi təyinatlılar tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, Qazaxıstanın Karakanda vilayətində restoranlardan birində Yeni il bayramını qeyd edən 23 yaşlı gənc qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxslərin hər üçü ermənidir. Qatillər əməliyyat zamanı tutularaq istintaqa təhvil verilib. Bu olay ölkə üzrə geniş rezonans doğurub.



Azvision.az

Teqlər: Qazaxıstan   Etiraz   Erməni   Aksiya