Trampdan Suriya açıqlaması: “Mən belə söz deməmişəm”

   Trampdan Suriya açıqlaması:    “Mən belə söz deməmişəm”
  07 Yanvar 2019    Oxunub:5046
ABŞ prezidenti Donald Tramp Amerika qoşunlarının Suriyadan çıxarılması barədə açıqlama verib.
Azvision.az xəbər verir ki, Tramp bəzi KİV-lərdə yayılan məlumatları təkzib edib.

"Əsgərlərimiz Suriyadan çıxarılacaq. Amma mən heç vaxt belə söz deməmişəm ki, bu, tezliklə olacaq", - ABŞ prezidenti vurğulayıb.

Qeyd edək ki, Donald Trampın qoşunların Suriya ərazisindən tam çıxarılması üçün 4 ay vaxt verməyə razılaşdığı barədə xarici KİV-lərdə xəbərlər yayılıb.

Azvision.az



Teqlər: Tramp  





Xəbər lenti