Tələbə qızların qatili etiraf etdi - Dəhşətli cinayətin səbəbi

  Tələbə qızların qatili etiraf etdi -    Dəhşətli cinayətin səbəbi
  07 Yanvar 2019    Oxunub:6955
Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları Buket Yıldız və Zeynəb Hüsünbeyini qətlə yetirən Hüsnü Canın istintaqa verdiyi ilkin ifadə məlum olub.

Azvision.az xəbər verir ki, İstanbulda atasının məzarı üstündə saxlanılan qatil törətdiyi cinayəti etiraf edib.
Bildirib ki, keçmiş sevgilisi Buket Yıldızla barışmaq istəsə də, o, bundan imtina edib. Tələbə qızın rədd cavabından hiddətlənən Hüsnü Can B.Yıldızın yaşadığı evə gedərək onu bıçaqla qətlə yetirib.



Qatil izi itirmək üçün daha sonra B.Yıldızın otaq yoldaşı Zeynəb Hüsünbeyini öldürmək qərarına gəlib. O, cinayətin qarət məqsədilə törədildiyinə dair görüntü yaratmaq üçün evdəki 4 kompüteri özü ilə götürərək Türkiyəyə qaçıb.



Qeyd edək ki, Hüsnü Can yanvarın 2-də səhər saatlarında B.Yıldızın evdə olmamasından istifadə edərək, onun yaşadığı mənzilə daxil olub. Qız evə gələn zaman H.Can onu öldürüb. Daha sonra Zeynəb Hüsünbeyini qətlə yetirib. Yanvarın 3-də axşam saatlarında Türkiyəyə qayıdıb.





Azvision.az


Teqlər: Ukrayna   Qatil   Tələbə   Qız  





Xəbər lenti