“Ankara kürdlərə görə zəmanət verməsə, Suriyadan çıxmayacağıq” - Con Bolton

 “Ankara kürdlərə görə zəmanət verməsə, Suriyadan çıxmayacağıq” -  Con Bolton
  07 Yanvar 2019    Oxunub:1877
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bəyan edib ki, Türkiyə hakimiyyətindən kürdlərə hücum etməyəcəklərinə dair zəmanət almayanadək ABŞ qoşunları Suriyanı tərk etməyəcək.

Azvision.az “Nemetskaya volna”ya istinadən xəbər verir ki, bunu Con Bolton İsrailə səfəri zamanı deyib.
Onun sözlərinə görə, ABŞ qoşunlarının Suriyadan çıxmasının şərtlərindən biri də kürdlərin təhlükəsizliyinə zəmanətlə yanaşı, İŞİD terror təşkilatının tam məhvidir.

Qeyd edək ki, İsraildən sonra Bolton bu gün Suriya məsələsinin ətraflı müzakirəsi və ABŞ qoşunlarının çıxarıması ilə bağlı müzakirələr aparmaq üçün Türkiyəyə səfər edəcək.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   Türkiyə   ABŞ   İŞİD  





Xəbər lenti