“Brexit” üzrə parlament səsverməsinin tarixi bilindi

 “Brexit” üzrə parlament səsverməsinin tarixi bilindi
  07 Yanvar 2019    Oxunub:1756
Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından (Aİ) ayrılma prosesinin formatını müəyyənləşdirəcək “Brexit” sazişini 15 yanvarda yenidən parlament səsverməsinə təqdim edəcək.
Azvision.az xəbər verir ki, bu barədə “BBC” Britaniya hökumətindəki mənbələrinə istinadən bildirib. Qeyd olunub ki, bir aya yaxındır təxirə salınan “Brexit” sazişi üzrə parlament səsverməsi yanvarın 15-də keçiriləcək.

Ötən gün Tereza Mey bəyan etmişdi ki, əgər “Brexit” sazişi parlament tərəfindən rədd edilərsə, onda Britaniya xəritədə gözə dəyməyən əhəmiyyətsiz bir əraziyə çevriləcək.

Xatırladaq ki, Aİ-nın 25 noyabrdakı fövqəladə sammitində üzv dövlətlər Londonla birgə hazırlanan “Brexit” sazişini təsdiqləyiblər. Sırada bu sazişin Britaniya parlamenti tərəfindən ratifikasiya mərhələsi var. Lakin Britaniya qanunvericilərinin sənədə etirazı fonunda biabırçı məğlubiyyətdən qaçmaq üçün Mey “Brexit” sazişi üzrə 11 dekabra təyin olunan parlament səsverməsini təxirə salmışdı.

“Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Avropa   Britaniya  





Xəbər lenti