Ermənilər Karaqandadakı qətli azərbaycanlının üstünə atmağa çalışır - VİDEO

Ermənilər Karaqandadakı qətli azərbaycanlının üstünə atmağa çalışır -  VİDEO
  07 Yanvar 2019    Oxunub:19140
Qazaxıstanın Karaqanda vilayətində yeni il günü qazaxstanlı gəncin üç erməni tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsi yerli sakinlərin etirazına tuş gəlib. Artıq bir neçə gündür ki, qazaxlar vilayətin mərkəzinə toplaşaraq aksiyalar keçirirlər.
Azvision.az xəbər verir ki, mitinq iştirakçıları ölkə rəhbərliyindən hadisə ilə bağlı açıqlama tələb edir, erməni diasporunun cəzalandırılmasını istəyirlər.



Hadisənin etnik zəmində baş verdiyini deyən nümayişçilər ermənilərə məxsus restoran və kafelərə basqın ediblər. Onların sözlərinə görə, ermənilər qazaxlara qarşı düşmən münasibət bəsləyir, bəzən bunu aşkar şəkildə nümayiş etdirirlər. Sakinlər, hətta ermənilərin obyektlərinin bağlanılması, onların dərhal ölkədən çıxarılmasına dair çağırışlar ediblər.



Yerli KİV-lər bu məsələyə xüsusi diqqət ayırırlar. Ölkənin müstəqil mətbuat orqanları erməni vandallığı barədə silsilə xəbərlər dərc etməyə başlayıblar. Belə ki, Stalin tərəfindən təyin edilən və tarixə qan içən kimi düşən Levon Mirzəyanın 2 milyona yaxın qazax türk millətini qətlə yetirdiyi yenidən qabardılıb. Bundan başqa, "Youtube" kanallarında erməni vandalizmini ifşa edən kadrlar yayılıb.



Yerli sakinlərdən fərqli olaraq, hakimiyyət nümayəndələri aksiyaların keçirilməsində maraqlı deyilər. Bu səbəbdən vilayətin mərkəzi küçələrinə xüsusi təyinatlılar cəlb olunub. Ancaq xalqın təyin etdiyi ağsaqqallar isə qətldə iştirak edən ermənilərin onlara verilməsini tələb kimi irəli sürüblər.



Ermənistan mətbuatı etirazlara səbəb olan hadisəni gizlətəməyə çalışır, heç nə olmamış kimi görüntü yaratmağa cəhd edirlər. Bəzi KİV-lər isə təxribata əl ataraq qətli törədən şəxsin guya azərbaycanlı olması haqda dezinformasiyalar yayıb. Məqsəd qanlı hadisədən diqqəti yayındırmaq, ermənilərə qarşı etirazların qarşısını almaqdır. Polis orqanları isə bu iddiaları yalanlayaraq cinayətkarların milliyətcə erməni olduğunu təsdiqləyib.



Qeyd edək ki, Qazaxıstanın Karaqanda vilayətində restoranlardan birində Yeni il bayramını qeyd edən 23 yaşlı gənc qətlə yetirilib. Araşdırma zamanı məlum olub ki, cinayəti törədən şəxslərin hər üçü ermənidir. Qatillər əməliyyat zamanı tutularaq istintaqa təhvil verilib.

Bəxtiyar Məmmədov
Azvision.az



Teqlər: Qazaxıstan  





Xəbər lenti