Azərbaycanlıların olduğu gəmi batıb, 6 nəfər ölüb - VİDEO (YENİLƏNİB)

 Azərbaycanlıların olduğu gəmi batıb, 6 nəfər ölüb -  VİDEO (YENİLƏNİB)
  07 Yanvar 2019    Oxunub:10337
Türkiyənin Samsun vilayətinin sahilində yük gəmisinin batması nəticəsində 6 nəfər ölüb.

Azvision.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Samsun vilayətinin valisi Osman Kaymak deyib. Onun sözlərinə görə, heyət üzvlərindən 7 nəfəri xilas edilib.
Osman Kaymak bildirib ki, ekipajın digər üzvlərinin öldüyü ehtimal edilir: "Hazırda iki nəfərin meyiti tapılıb. Digər şəxslərin axtarışları davam edir".

Qeyd edək ki, gəmidə ümumilikdə 13 ekipaj üzvü olub. Onlardan 9-u Ukrayna, 2-si Azərbaycan və 2-si də Rusiya vətəndaşlarıdır.



***

Türkiyənin Samsun vilayətinin sahilində gəmi batıb. Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, sahildən 77 mil məsafədə Panama bayrağı altından üzən gəminin batması ilə bağlı təhlükə siqnalı daxil olduqdan sonra Sahil Təhlükəsizliyi kater və helikopterlə axtarış xilas etmə əməliyyatına başlayıb.

Batan gəmidən yeddi ekipaj üzvü xilas edilib, 2 nəfərin isə meyiti tapılıb. Xilas edilənlərdən dördü helikopterlə Samsuna gətirilib. Hazırda digər ekipaj üzvlərinin axtarışılarını bir təyyarə, dörd helikopter, xilasetmə gəmisi və iki sahil təhlükəsizlik kateri aparır. Gəmidə ümumilikdə 13 ekipaj üzvü olub. Onlardan 9-u Ukrayna, 2-si Azərbaycan və 2-si də Rusiya vətəndaşlarıdır.





İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: Türkiyə   Gəmi  





Xəbər lenti