ABŞ Krım üzərində kəşfiyyat apardı

  08 Yanvar 2019    Oxunub : 1636
 ABŞ Krım üzərində kəşfiyyat apardı
ABŞ hərbi hava qüvvələrinə məxsus RQ-4B-30 “Global Hawk” pilotsuz uçuş aparatı (PUA) Krım sahillərində kəşfiyyat uçuşu həyata keçirib.

Azvision.az xəbər verir ki, bu barədə “PlaneRadar” monitorinq portalı məlumat yayıb. Qeyd olunub ki, PUA İtaliyadakı “Sigonella” aviabazasından havaya qalxaraq Donbassdakı delimitasiya xəttinə doğru uçub.
Daha sonra isə Rusiyanın Qara dəniz sahillərində kəşfiyyat uçuşu aparıb və Sevastopolun 33 kilometrliyinədək yaxınlaşıb.

PUA ilə yanaşı, həmçinin, ABŞ-ın Boeing P-8A “Poseidon” sualtı qayıq əleyhinə patrul təyyarəsinin də Krım sahillərində uçuşlar apardığı bildirilir.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Krım   Rusiya   ABŞ   PUA