ATƏT sədri: “Prezidentlərin görüşünə çalışırıq”

ATƏT sədri: “Prezidentlərin görüşünə çalışırıq”
  08 Noyabr 2013    Oxunub:985
ATƏT-in məsuliyyət dairəsində olan “dondurulmuş” münaqişələrin nizamlanmasında müsbət dəyişikliklər var.
AzVision.az xəbər verir ki, bunu İTAR-TASS-a müsahibəsində ATƏT-in baş katibi Lamberto Zannyer deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ilə bağlı razılığın əldə olunması vacib addımdır.

“Biz Dağlıq Qarabağ münaqişəsinin tərəfləri ilə müzakirələr aparırıq. Hazırda Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün baş tutması üçün iş aparırıq. Ümid edirəm ki, görüş ilin sonunadək keçiriləcək”, - ATƏT sədri deyib.

Lamberto Zannyerin sözlərinə görə, ATƏT-in vəzifəsi tərəflərin siyasi nizamlanma yolu ilə irəliləmək, niyyətini dəstəkləməkdir, başqa alternativləri nəzərdən keçirmək yox.


Teqlər:





Xəbər lenti