Rusiya hərbi polisi Suriyada xidmətə başladı

Rusiya hərbi polisi Suriyada xidmətə başladı
  08 Yanvar 2019    Oxunub:1833
Rusiya hərbi polisi Suriyanın Türkiyə ilə sərhədinin yaxınlığında yerləşən Hələb əyalətinin Manbica rayonundakı ərazidə patrul xidmətinə başlayıb.
B barədə jurnalistlərə polis nümayəndəsi Yusup Mamatov bildirib.Onun sözlərinə görə, bu, cavabdeh zonada təhlükəsizliyi təmin etmək, silahlı dəstələrin yerləşməsi və yerdəyişməsinə nəzarət etmək məqsədi daşıyır.

Hərbi polislər ərazinin döyüşçülər tərəfindən işğalı dövründən qalan gizli silah anbarları və partlamayan mərmilər barədə yerli sakinlərdən məlumatları qəbul edirlər.

Azvision.az



Teqlər: Rusiya   Polis  



Xəbər lenti