İran XİN: “Avropanı gözləməyəcəyik”

  İran XİN:  “Avropanı gözləməyəcəyik”
  08 Yanvar 2019    Oxunub:1521
İran Avropa ölkələrinin xüsusi ödəmə mexanizmi yaratmasını gözləməyəcək və özünün Hindistan, Çin və Rusiya kimi ənənəvi tərəfdaşları ilə əməkdaşlığa davam edəcək.
Azvision.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib.

“Aydındır ki, avropalılar cəhd etdilər, amma təəssüf ki, gözlədiyimiz kimi irəliləyə bilmədilər. Biz Avropa ilə danışıqları davam etdiririk, amma Avropanı gözləmirik. Xüsusi ödəmə mexanizminin yaradılması üzrə avropalılarla birgə işi hələ ki, davam etdiririk. Amma onları gözləmirik və Hindistan, Çin və Rusiya kimi ənənəvi tərəfdaşlarımızla işləyirik” – Zərif vurğulayıb.

Qeyd edək ki, İran XİN-in mətbuat katibi Bəhram Qasemi ABŞ sanksiyalarından yan kəçəcək xüsusi ödəmə mexanizminin yaradılmasını gecikdirdiyinə görə Avropa İttifaqını tənqid etmişdi. Tehranın ittihamları qarşısında ötən gün Avropa İttifaqının xarici siyasət və təhlüksizlik məsələləri üzrə xüsusi nümayəndəsinin sözçüsü Mayya Kosyançiç isə bəyan edib ki, İranla dollarsız ticarət üçün nəzərdə tutulan Xüsusi Təyinatlı Şirkətin yaradılması istiqamətində işlər müsbət yöndə irəliləyir və yaxın həftələrdə yekunlaşacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Avropa   ABŞ  





Xəbər lenti