Tramp Çinlə danışıqlardan məmnundur

   Tramp Çinlə danışıqlardan məmnundur
  08 Yanvar 2019    Oxunub:1671
ABŞ prezidenti Donald Tramp Çinlə mövcud ticarət mübahisələrini həll etmək üçün Amerika nümayəndə heyətinin iki gündür Pekində apardığı danışıqların yaxşı getdiyini bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə Tramp özünün “Twitter” səhifəsində bildirib.

“Çinlə danışıqlar çox yaxşı gedir!” – Tramp yazıb.

Qeyd edək ki, ABŞ ticarət nazirinin müavini Cefri Cerrişin başçılıq etdiyi amerikalı nümayəndə heyəti 7-8 yanvarda Çinin Ticarət Nazirliyində görüşlər keçiriblər.

Ötən ilin sonu Tramp bildirmişdi ki, əgər Pekinlə hansısa razılaşma əldə olunmasa, Çin mallarına qoyulan 200 milyard dollarlıq gömrük rüsumlarını daha da artıraraq, yanvarın 1-dən 10%-dən 25%-ə qaldıracaq.

Nəticədə, Argentinada keçirilən “G20” sammiti çərçivəsində Çin lideri Si Tsinpinlə Tramp arasındakı görüşdə tərəflər 1 yanvardan etibarən qarşılıqlı olaraq bir-birindən idxal etdikləri məhsullara əlavə gömrük rüsumlarının tətbiq edilməməsi barədə razılığa gəliblər. Danışıqlar zamanı Tramp yanvarın 1-də tarifləri artırmayacağını vəd edib. Lakin Ağ Evin sözçüsü Sara Sanders isə bəyan edib ki, əgər 90 gün ərzində Çinlə əsas ticarət məsələlərində razılıq əldə edilməzsə, rüsumlar 25%-ə qaldırılacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: G20   Çin   ABŞ  





Xəbər lenti