CAR-da qatar qəzasında 604 nəfər yaralanıb

 CAR-da qatar qəzasında 604 nəfər yaralanıb
  09 Yanvar 2019    Oxunub:2775
Cənubi Afrika Respublikasında (CAR) iki qatar toqquşub. Nəticədə 604 nəfər xəsarət alıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə paytaxt Pretoriyanın Tsvane dairəsinin başçısı Solli Msimanqa bildirib.

“Bu gün Tsvanedə kədərli gündür, iki qatarın toqquşması nəticəsində üç nəfər ölüb, 604 sərnişin xəsarət alıb”, - Msimanqa "Twitter"də yazıb.

Qeyd edək ki, bundan əvvəl isə qəza zamanı 3 nəfərin öldüyü,200 nəfərin yaralandığı bildirilirdi.

Azvision.az



Teqlər: CAR   Qatar   Qəzası  





Xəbər lenti