ABŞ “S-400”lərlə bağlı Türkiyəyə xüsusi qrup göndərir

  09 Yanvar 2019    Oxunub : 1651
 ABŞ “S-400”lərlə bağlı Türkiyəyə xüsusi qrup göndərir
Yaxın həftələrdə Ankaranın Rusiya istehsalı olan “S-400” zenit-raket komplekslərini əldə etməsinin yaratdığı narahatlıqla əlaqədar ABŞ Türkiyəyə xüsusi texniki qrup göndərəcək.

Azvision.az “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesi naziri İsmayıl Dəmir bildirib.
“Biz “S-400”lərin yaxınlığında “F-35” qırıcılarının yerləşdirilməsinin potensial problemlər yaradacağı ilə bağlı mütəmadi çıxışlar eşidirk. Və biz həmişə öz (amerikalı) həmkarlarımızı gördüyümüz tədbirlər barədə məlumatlandırmışıq. Hərçənd, bir ildə çoxdur ki, bu barədə danışmalarına baxmayaraq, onlar texniki risklərin qiymətləndirilməsi üçün indiyədək Türkiyəyə gəlməyiblər. Türkiyə tərəfi narahatlığın aradan qaldırılması üçün bir neçə dəfə amerikalı məmurları dəvət edib. Nəhayət, yaxın həftələrdə onlar komanda göndərəcəklər” – Dəmir vurğulayıb.

Nazir əlavə edib ki, Türkiyə Rusiyadan aldığı “S-400”ləri digər hərbi və radiolokasiya sistemlərilə inteqrasiya etdirmədən müstəqil avadanlıq kimi istifadə edəcək. Dəmir digər bir vacib məsələyə də toxunaraq bildirib ki, Ankaranın aldığı “S-400”lərdə yalnız Türkiyənin özünün müəyyənləşdirdiyi “dost” və “düşmən”in kimliyi sistemi və proqram təminatı olacaq.

“Rusiyadan “S-400” sistemlərinin alınması o demək deyil ki, Türkiyə hava məkanının müdafiəsinin bütün tələbləri tam ödənir”, - nazir deyib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Türkiyə   Rusiya   ABŞ   S-400   F-35