ABŞ-Çin danışıqları başa çatıb
“Təsdiq edə bilərəm ki, ABŞ və Çinin ticarət danışıqları başa çatıb. Danışıqların yekun nəticələri yaxın vaxtlarda açıqlanacaq” - Lu Kan bildirib.
“Çin tərəfi danışıqları uğurlu hesab edirmi?” sualına cavabında XİN rəsmisi vurğulayıb ki, “Danışıqların müsbət nəticəsi Çin və ABŞ-ın xeyrinə olmaqla yanaşı, dünya iqtisadiyyatı üçün də yaxşı xəbər olacaq.”
Qeyd edək ki, ABŞ ticarət nazirinin müavini Cefri Cerrişin başçılıq etdiyi amerikalı nümayəndə heyəti 7-8 yanvarda Çinin Ticarət Nazirliyində görüşlər keçiriblər. Lakin danışıqlar bu gün səhərədək davam edib. Ötən gün isə ABŞ prezidenti Donald Tramp Pekinlə aparılan danışıqların yaxşı getdiyini bəyan edib.
Leyla Elbrusqızı
Azvision.az