Azərbaycanda əhali peyvənd olunacaq
Bu barədə Azvision.az -a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib. Onun sözlərinə görə, artıq 200 min doza vaksin sifariş olub və yazda vaksinlər ölkəyə gətiriləcək.
A.Əliyeva vaksinasiyanın hansı əhali qrupu arasında aparılacağının müzakirə olunmadığını qeyd edib: “Vaksinlər ölkəyə gətiriləndən sonra konkret olaraq tədbirlər görə bilərik. Səhiyyə Nazirliyi ilə birlikdə vaksinlərin kimlərə, hansı kontingentə vurulması ilə bağlı müzakirələr aparılacaq. Vaksinlər poliklinikalara veriləcək və böyük əhali öz istəyi ilə yaxınlaşıb, peyvənd oluna biləcək. Bizdə səpkili xəstələr tək-tək hallarda müşahidə edilir. 2006-2014-cü illərdə böyük yaşlı əhali qızılcaya qarşı peyvənd olunub. Bunun nəticəsidir ki, başqa ölkələrdə hadisələr daha çox olur, bizdə tək-tək baş verir və əsasən böyüklər arasında müşahidə edilir. Əsasən vaxtilə peyvənd olunmayan insanlarda qızılca xəstəliyinə rast gəlinir”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Peyvənd Səhiyyə-Nazirliyi