Milyonçunun arvadını pula görə oğurladılar - FOTO

Milyonçunun arvadını pula görə oğurladılar -  FOTO
  09 Yanvar 2019    Oxunub:5003
Norveçli milyonçu Tomi Broeske Hagenin həyat yoldaşı Anna Elizabet Falkevik Hagen naməlum şəxslər tərəfindən oğurlanıb.
Azvision.az “Associated Press”ə istinadən xəbər verir ki, hadisə oktyabrın 31-də paytaxt Oslodan 20 kilometr aralıda qeydə alınıb.

Oğrular iş adamının 68 yaşlı həyat yoldaşını sərbəst buraxmaq üçün 10.3 milyon dollar dəyərində kriptovalyuta tələb edirlər. Tələbləri yerinə yetirilməzsə, qadını öldürməklə hədələyirlər.

Qeyd edək ki, milyonçu Tomi Broeskenin 200 milyon dollara yaxın sərvəti var.





Kənan Məmmədov
Azvision.az


Teqlər: Milyonçu   Norveç   Oğurluq  





Xəbər lenti