"ABŞ-ın Suriyadan çıxmasını Rusiya ilə koordinasiya edəcəyik" - Çavuşoğlu

   "ABŞ-ın Suriyadan çıxmasını Rusiya ilə koordinasiya edəcəyik" -    Çavuşoğlu
  09 Yanvar 2019    Oxunub:1450
Ankara ABŞ qoşunlarının Suriyadan çıxarılması prosesində Moskva və Tehranla əlaqəli şəkildə işləmək istəyir.

Azvision.az “NTV” telekanalına istinadən xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Türkiyə xarici siyasətində son hadisələr” haqqında parlamentin xarici əlaqələr komissiyasını məlumatlandırarkən belə deyib.
“Biz görürük ki, ABŞ-ı Suriyadan çıxmaq qərarından çəkindirməyə çalışan ölkələr də var. Amerikanın öz daxilində də bu məsələyə fərqli yanaşmalar var. ABŞ öz qoşunlarını Suriyadan çıxarmaqda çətinlik çəkir. Terror qruplaşmaları ilə sıx əlaqələr quran amerikalılar indi onlarla təmasa son qoymaqda çətinliklərlə üzləşib. Biz bu prosesi (ABŞ qoşunlarının Suriyanı tərk etməsi) Astana formatında birlikdə işlədiyimiz Rusiya və İranla da koordinasiya etmək istəyirik” – Çavuşoğlu vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Türkiyə   ABŞ   Rusiya   İran   Astana  





Xəbər lenti