ABŞ Yaponiyadan çıxmayacaq

ABŞ Yaponiyadan çıxmayacaq
  09 Yanvar 2019    Oxunub:1542
ABŞ nə Yaponiyadakı hərbi iştirakını azaldacaq, nə də bu ölkədəki hərbi təlimlərini dayandıracaq.
Azvision.az xəbər verir ki, Yaponiyadakı ABŞ qoşunlarının komandiri, general-leytenant Cerri Martinez bu cür bəyanatla çıxş edib. Onun sözlərinə görə, hətta Amerikanın Cənubi Koreya ilə hərbi təlimlərinin miqyası kiçildilsə, yaxud onlara birdəfəlik son qoyulsa belə, bu, amerikalı hərbçilərin Yaponiyada təlimləri davam etdirməsinin qarşısını ala bilməyəcək.

“Mən hərbçilərin ixtisarını təxmin etmirəm, çünki bu barədə heç bir bəyanat səslənməyib və heç kəs Yaponiyadakı ABŞ hərbçilərinin azaldılması barədə danışmır. Yaponiyada keçirdiyimiz hərbi təlimlərin azaldılması da planlarımıza daxil deyil” – amerikalı general vurğulayıb.

Qeyd edək ki, Şimali Koreyanın nüvəsizləşdirilməsi üzrə diplomatik səylərə dəstək məqsədilə ötən ilin noyabrında ABŞ 2019-cu ildə Cənubi Koreya ilə keçirdiyi “Toksuri - Foal Eagle” birgə hərbi təlimlərinin miqyasını azaldacağını bəyan etmişdi.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Koreya   Yaponiya   ABŞ  





Xəbər lenti