"Ümumavropa ordusu" NATO-nu əvəzləyə bilməz - Stoltenberq

   "Ümumavropa ordusu" NATO-nu əvəzləyə bilməz -    Stoltenberq
  09 Yanvar 2019    Oxunub:2446
Dünyada qeyri-müəyyənliyin artdığı bir zamanda NATO çərçivəsində transatlantik əməkdaşlığın gücləndirilməsi və alyansa üzv dövlətlərin hərbi xərclərinin ümumi daxil məhsullarının 2 faizinədək qaldırılması olduqca vacibdir.
Azvision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. Onun sözlərinə görə, Rusiyanın davranışları nüvə silahlanmasının qadağan olunması ilə bağlı mövcud beynəlxalq sistemi təhlükəyə atır və Avropa bu kimi təhdidlərdən təkbaşına qoruna bilməz.

“Müqavilələr pozulur, gömrük divarları çəkilir, beynəlxalq sazişlər təzyiq altında qalır. Rusiya uzun illərdir ki, “Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında” müqavilənin müddəalarını pozur və bu, nüvə silahlanmasının qadağan edilməsinə dair razılaşmalar sisteminin dağılması təhlükəsinə gətirib çıxara bilər. Bu məsələyə az diqqət ayrılması məni təəccübləndirir. Dünyada qeyri-müəyyənliyin artdığı bir zamanda NATO-ya üzv dövlətlərin hərbi xərclərini artırması xüsusən aktualdır, çünki ABŞ başda olmaqla bir çox ölkələr NATO daxilindəki maliyyə yüklərinin ədalətsiz olduğunu hesab edirlər. “Brexit”dən sonra NATO büdcəsindəki maliyyənin 80%-i Avropa İttifaqına daxil olmayan ölkələrdən gələcək. Düşünmürəm ki, Avropa İttifaqının ümumi müdafiəsinin inkişaf etdirilməsi (vahid Avropa ordusunun yaradılması təşəbbüsü) transatlantik müdafiə əməkdaşlığını əvəzləyə bilər” – Stoltenberq vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Rusiya   NATO   ABŞ   Avropaİttifaqı  





Xəbər lenti