Ukraynada 64 nəfər soyuqdan ölüb

   Ukraynada 64 nəfər soyuqdan ölüb
  10 Yanvar 2019    Oxunub:2289
Ukraynada ötən ilin dekabrın 12-dən cari ilin yanvar ayının 8-dək 1037 nəfər donvurmadan səhiyyə müəssisələrinə müraciət edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, 955 nəfər xəstəxanaya yerləşdirilib. Eyni zamanda son bir ayda Ukraynada şaxtadan 64 nəfər ölüb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: Ukrayna  



Xəbər lenti