Paşinyan İrəvan merinin işindən narazıdır

 Paşinyan İrəvan merinin işindən narazıdır
  10 Yanvar 2019    Oxunub:1678
Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyan İrəvan Ağsaqqallar Şurasında “Mənim addımım” bloku fraksiyasının nümayəndələrilə iclas keçirib və İrəvan meriyasının rəhbərliyini yarıtmaz fəaliyyətinə görə kəskin tənqid edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın nüfuzlu “Jamanak” qəzeti iclasda iştirak edənlərə istinadən yazıb. Qeyd olunub ki, Paşinyan özünün aktiv dəstəyi sayəsində ötən ilin sentyabrında İrəvanın meri seçilən komediya aktyoru Ayk Marutyanın işini artıq bəyənmir.

“Paşinyan xüsusən də, İrəvan meriyasına yenicə seçilən partiyadaşlarını şəhər iqtisadiyyatının uğursuz idarəçiliyində günahlandırıb. Bildirib ki, meriyanın işi irəvanlılarda narazılıq yaradıb” – qəzet yazıb.

Ekspertlərin fikrincə, Paşinyan nə siyasətdən, nə də idarəçilikdən başı çıxan Marutyanı gələcəkdə manipulyasiya etməyin asan olacağını və bununla da özünün biznes maraqlarının təmin edə biləcəyini, potensial təhlükə mənbəyi olan milyonçu siyasətçi Qaqik Çarukyanın isə qanunsuz biznes fəaliyyətilə paytaxt iqtisadiyyatını ələ keçirməsinin qarşısını alacağını düşnürdü. Lakin indiki reallıq onu göstərir ki, hadisələr heç də Paşinyanın istəyi və proqnozuna uyğun inkişaf etmir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti