Fransa Suriyadan çəkilmə şərtini açıqladı

  10 Yanvar 2019    Oxunub : 847
 Fransa Suriyadan çəkilmə şərtini açıqladı
Yalnız Suriyada siyasi həll yolu tapıldıqdan sonra Fransa öz qoşunlarını Suriya ərazisindən çıxaracaq.
Azvision.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Jan-İv Le Drian “CNews” telekanalının efirində bəyan edib.

“Biz İraqdakı əmliyyatlarda iştirak edirik. Amma Suriyada hərbi iştirakımız azdır. Əlbəttə, siyasi həll yolu tapılsa, biz Suriyadan çıxacağıq” ,- deyə Drian vurğulayıb.

Fransalı nazirin sözlərinə görə, Suriyadakı münaqişənin siyasi yolla nizamlanmasında Rusiya məsuliyyət daşıyır: “Rusiya məsuliyyəti öz üzərinə götürüb. O, Suriyadakı vəziyyətə müdaxilə etdi və Bəşər Əsədi dəstəkləməyə davam edir. Buna görə də, Suriyada kimyəvi silahın tətbiqindən qaçmaq, münaqişənin hərbi yox, siyasi yolla həlli üçün Rusiya məsuliyyət daşıyır.”

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın Amerika qoşunlarının Suriyadan tamamilə çıxarılması qərarını sərt tənqid edərək, bunu Suriyanın şimalındakı kürdlərə qarşı xəyanət adlandırmışdı. Makron bəyan etmişdi ki, Vaşinqtonun qərarına rəğmən, Fransa Suriyadakı hərbi iştirakını və kürd birləşmələrinə dəstəyini davam etdirəcək.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Suriya   İraq   Rusiya   Fransa